Roman Qriqorçuk Qəbələyə seneqallı müdafiəçi gətirir
"Qəbələ" heyətini seneqallı müdafiəçi ilə gücləndirə bilər. Komandanın baş məşqçisi Roman Qriqorçuk Ukraynanın "Dnepr" klubunda çıxış edən Papa Guye ilə maraqlanır.

Ukrayna mətbuatının iddiasına görə, Guye artıq bu həftə "Qəbələ" ilə müqavilə imzalaya bilər.

Xəbər 602 dəfə oxundu.