Marina Durunda dünya kubokunda 7-ci oldu
8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib. Gimnastlar Marina Durunda və Jalə Piriyeva Azərbaycanı bu yarışlarda təmsil ediblər.

36 gimnast arasında keçirilən çoxnövçülük yarışlarında Marina 7-ci, Jalə isə 19-cu yerdə qərarlaşıb.

Ayrı-ayrı alətlər üzrə finallarda çıxış edən Marina lentlə 6-cı, gürzlərlə 7-ci, halqa və topla hərəkətlərdə 8-ci yerləri tutub.

Xəbər 713 dəfə oxundu.