“Qarabağ” da ilk “altılığ”a vəsiqəni rəsmiləşdirdi
Unibank Premyer Liqasında “altılığ”ın daha bir iştirakçısı dəqiqləşib. İdman.com.az saytının məlumatına görə, “Qarabağ”ın final mərhələsinə vəsiqə qazanmağı artıq rəsmiləşib.

Bu, Ağdam klubunun evdə “Kəpəz”ə az öncə 1:0 hesab ilə qalib gəldiyi matçdan sonra gerçəkləşib. Hazırda 35 xalla 4-cü yerdə gedən “ağlar”, 7-ci yerdə qərarlaşan “Rəvan” üçün əlçatmaz olub. Belə ki, 25 xalı olan debütant qalan 3 matçda qalib gəlsə belə, Qurban Qurbanovun çalışdırdığı komandaya çata bilməyəcək.

Turnir cədvəlində ilk 3 yerdə gedən “Neftçi”, “İnter” və “Xəzər Lənkəran” hələ ötən il “altılığ”a vəsiqəni rəsmiləşdirmişdi. “Qarabağ” buna cari ildə nail olan ilk komandadır. Qalan 2 vəsiqəyə əsas namizəd olan “Bakı” ilə “Qəbələ” bu turda qalib gəlib, rəqibləri xal itirəcəyi halda, istəyinə vaxtından əvvəl çatacaq.

Xəbər 1019 dəfə oxundu.