Paralimpiyaçılarımız Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində güzəştli şərtlərlə təhsil ala biləcəklər
Moskva Dövlət Humanitar İqtisadiyyat Universiteti (MDHİU) ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (ARMPK) arasında müqavilə imzalanıb.

Qurumlar arasında aparılmış danışıqların nəticəsi olaraq bu sənəd Moskvada ARMPK-nın vitse-prezidenti Şaiq Həmidov və MDHİU-nun rektoru Vaqif Bayramov tərəfindən imzalanıb. Memoranduma əsasən azərbaycanlı paralimpiyaçılar yaxın gələcəkdə MDHİU-da güzəştli şərtlərlə təhsil ala biləcəklər.

Sonra Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində 2016-cı ilin məzunlarına diplom təqdimetmə mərasimi keçirilib. ARMPK-nın şöbə müdiri Kamal Məmmədov hüquq fakültəsini fərqlənmə ilə bitirərək qırmızı diploma layiq görülüb.

Xəbər 1206 dəfə oxundu.