Qəbələ ilə Kəpəz səfərə bir yerdə yollanacaq
"Qəbələ" ilə "Kəpəz" Avropa Liqasının ikinci təsnifat mərhələsindəki səfər oyunlarına bir yerdə yollanacaq. Bu iki klubun rəhbərliyi birgə çarter reysi sifariş etməyə qərar veriblər.

Təmsilçilərimizi aparacaq təyyarə öncə Budapeştə enəcək. "Qəbələ" burada Macarıstanın MTK klubunun qonağı olacaq. Daha sonra "Kəpəz" "Admira" ilə oyun üçün Avstriyaya yollanacaq.

Klublarımızın bu səfəri iyulun 13-də, saat 10:00-da başayacaq. Oyunlar isə bir gün gün sonra, ayın 14-də baş tutacaq. Oyundan sonra da "Kəpəz"lə "Qəbələ" vətənə birgə qayıdacaq.

Xəbər 627 dəfə oxundu.