Messidən yubiley matçına poker
İspaniya La Liqasının 24-cü turu Lionel Messi üçün əlamətdar olub. İdman.com.az saytının məlumatına görə, «Barselona»nın heyətində 200-ci matçına çıxan ulduz futbolçu, rəqib «Valensiya»nın qapısından 4 top keçirməklə, yubiley oyununa «poker» hədiyyə edib. İndi onun bombardirlik yarışmasında Kriştianu Ronalduya çatmasına cəmi bir qol ayırır.

Amma argentinalının nailiyyəti bununla bitmir. Messi «göy-qırmızılar»ın heyətində çox matç keçirən ən gənc futbolçu olub. O, bu uğura 24 yaşında imza atıb. Hücumçunun debütü isə, katalanların sabiq baş məşqçisi Frank Raykardın dönəminə təsadüf edib. O zaman Lionelin 17 yaşı vardı.

Xəbər 1075 dəfə oxundu.