Taekvondo yığmamızdan 3 qızıl, 2 gümüş, 2 bürünc medal
Xəbər verdiyimiz kimi, taekvondo üzrə böyüklərdən ibarət yığma komandamız "Luxembourg Open" beynəlxalq turnirində iştirak etmək üçün Lüksemburqa yollanıb. Ötən gün keçirilmiş böyüklər arasındakı yarışlarda bütün qaliblər müəyyən olunub.

Yığmamız 3 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edərək, böyüklər arasında yarışlarda medal sayına əsasən komanda hesabında ikinci yerə layiq görülüb. Nəticə qazanan yığma üzvlərini diqqətinizə çatdırırıq:

I yer - Məhəmməd Məmmədov (-63 kq)
I yer - Ayxan Tağızadə (-68 kq)
I yer - Milad Beigi Hərçəqani (-80 kq)

II yer - Səid Quliyev (-74 kq)
II yer - Fəridə Əzizova (-67 kq)

III yer - Məcid Sofiyev (-54 kq)
III yer - Radik İsaev (87+ kq)

Xatırladaq ki, yığmamız iyulun 12-də Bakıya qayıdacaq.

Xəbər 662 dəfə oxundu.