“Qarabağ”–“F91 Düdelanj” oyununun biletləri satışa çıxarılıb
Futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) – “F91 Düdelanj” (Lüksemburq) qarşılaşmasının biletləri satışa çıxarılıb.

Azarkeşlər biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5, VİP sektoruna isə 30 manatdır.

Qeyd edək ki, “Qarabağ”-“F91 Düdelanj” matçı iyulun 12-si saat 21:00-da start götürəcək.

Xəbər 649 dəfə oxundu.