İnter AZAL-a qalib gəldi
Yeni mövsümə hazırlaşan AZAL və "İnter" bu gün yoxlama oyunu çərçivəsində üz-üzə gəlib. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən qarşılaşma "bankirlər"in qələbəsi ilə başa çatıb.

Məmməd Quliyevin 72-ci dəqiqədə vurduğu yeganə qol AZAL üzərində qələbə üçün yetərli olub.

Xəbər 638 dəfə oxundu.