Qarabağın ilk oyununa hakim təyinatları açıqlandı | |
Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Düdelanj"ına qarşı keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. İyulun 12-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək oyun israilli hakimlərə tapşırılıb. Baş hakim Orel Qrinfild olacaq. 35 yaşlı referiyə həmyerliləri Danni Krasilkovla İdan Yarkoni kömək edəcək. Dördüncü hakimisə Menaşe Masiahdır. |
|
Xəbər 622 dəfə oxundu. |
|
|