Sumqayıt Şuşa-Qarabağla yoxlama oyunu keçirib
"Sumqayıt" 2016/2017 futbol mövsümü üçün hazırlığını baş məşqçi Samir Abasovun rəhbərliyi altında gündə iki dəfə olmaqla davam etdirir. Komanda təlim-məşq toplanışının 1-ci mərhələsi dövründə ilk yoxlama oyununu keçirib.

"Sumqayıt" "Şuşa-Qarabağ"ı minimal hesabla üstələyib. Oyunda yeganə qolu Mirabdulla Abbasov vurub.

Qeyd edək ki, komanda növbəti yoxlama oyununu iyulun 10-da "Zirə"yə qarşı keçirəcək. Qarşılaşma saat 18:30-da "Sumqayıt"ın doğma stadionunda baş tutacaq.

Xəbər 652 dəfə oxundu.