Serb mütəxəssis yeni futbolçulara şans verəcək
“Azərbaycanla oyun daha çox yığmamızın yeni futbolçularına lazımdır”. İdman.com.az saytının məlumatına görə, bu sözü Sinqapur milli komandasının baş məşqçisi Radoyko Avramoviç deyib. Serbiyalı mütəxəssis fevralın 24-də Azərbaycanla keçiriləcək yoxlama oyununu daha çox yeni futbolçuların özünü göstərməsi baxımından maraq kəsb etdiyini bildirib:

“Onlar öz oyunlarını yaxşılaşdırdıqlarını sübut etməlidirlər. Bunu bacarsalar, seçmə oyunlarında da şans qazanacaqlar. Hər bir insan ona düşən imkandan maksimum yararlanmalıdır”.
Qeyd edək ki, Azərbaycan – Sinqapur oyunu fevralın 24-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.

Xəbər 969 dəfə oxundu.