"Neftçi" növbəti mərhələdə
"Neftçi” PFK Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Maltanın "Baltsan” klubu ilə qarşılaşıb. Komandamız 1:2 hesabı ilə məğlub olsa da, iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib. "Neftçi”nin qoluna 20-ci dəqiqədə Jairo imza atıb.

"Neftçi” bu heyətlə mübarizə aparıb: 1.Krşevan Santini, 3.Jairo, 7.Araz Abdullayev (k) (19.Fəhmin Muradbəyli, 77), 8.Elşən Abdullayev (4.Rahil Məmmədov, 90), 11.Ruslan Qurbanov (10.Cavid İmamverdiyev, 69), 13.Murad Ağayev, 17.Rəhman Hacıyev, 22.Vançe Şikov, 27.Məqsəd İsayev, 30.Dario Melnyak, 80.Edson Kastilyo.

Qeyd edək ki, komandamız növbəti mərhələdə iki oyunun nəticəsinə görə "Krakovya”dan (Polşa) üstün olan Makedoniyanın "Şkendiya” klubu ilə qarşılaşacaq. Avropa Liqasında ikinci təsnifat mərhələsinin "Neftçi” – "Şkendiya” oyunu iyulun 14-də "Bakcell Arena”da, cavab matçı ayın 21-də Makedoniyada keçiriləcək.

Xəbər 645 dəfə oxundu.