Şahin Diniyev tarixi qələbədən danışdı
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Daçiya” – “Kəpəz” oyunundan (0:1) sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev mətbuat konfransında iştirak edib. O, yerli və azərbaycanlı jurnalistlərin suallarına cavab verib: “Yaxşı, maraqlı matç alındı. Taktiki cəhətdən düzgün oynadıq. Rəqib bizə təzyiq göstərdi. Mərhələni kim keçsəydi, o komanda buna layiq idi. Futbolçularıma təşəkkür edirəm. Uzun yol oyunumuza çox təsir etdi. Tezlikləyubileyim - 50 yaşım olacaq. Düşünürəm ki, bu, ad günüməən yaxşı hədiyyə oldu. İştah diş altındadır. Bu gün "Kəpəz" tarix yazdı. Bunun davamını gətirməyə çalışacağıq. Növbəti mərhələ üçün şansımız azdır. Bunu bildirməliyəm. Amma şanslarımızdan maksimum yararlanmalıyıq. Rəqib də mərhələyə keçməyə layiq idi. Futbolçular topla yaxşıdavranırdılar. İlk oyundan sonra "Daçiya"nı yaxşıca təhlil edib, taktikasını öyrənmişdik.Müdafiədə və mərkəzdə kompakt oynamaqla, əks-hücumlara bel bağladıq ki, bunun da sayəsində qələbə qazandıq. "Daçiya"yaxşı komandadır. Onlara uğurlar arzulayıram”.

Xəbər 739 dəfə oxundu.