Fransa Almaniyaya qalib gəlib, finala yüksəldi
Fransada keçirilən Avropa çempionatı davam edir. Bu gün qitə birinciliyində ikinci yarımfinal matçı baş tutub.

İkinci finalçının adına Almaniya - Fransa oyununda aydınlıq gəlib. İki cavabsız qolla qalib gələn qitə birinciliyinə ev sahibliyi edən ölkənin yığması adını finala yazdırıb.

Qeyd edək ki, yarımfinalın digər oyununda Uelsə qalib gələn Portuqaliya bir gün öncə finala vəsiqəni təmin etmişdi. Beləliklə, iyulun 10-da keçiriləcək həlledici oyunda Fransa ilə Portuqaliya üz-üzə gələcək.

AÇ-2016
Yarımfinal
7 iyul

Almaniya - Fransa - 0:2 (0:1)
Qollar: A.Qrizmann, 45-pen. (0:1). A.Qrizmann, 72 (0:2).
Baş hakim: Nikola Ritsoli (İtaliya).
Marsel.

Xəbər 634 dəfə oxundu.