Daçiyanın məşqçisi: Kəpəzə məğlubiyyət üzücüdü
Moldovanın "Daçiya" klubunun köməkçi məşqçisi Vyaçeslav Semyonov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri cavab matçını (0:1, ilk oyun 0:0) şərh edib. O, öncə bunları söyləyib:

"Bakıda pis oynamamışdıq. Nəticə də yaxşı idi. Evdə növbəti mərhələyə çıxmaq üçün oynayırdıq. İkinci mərhələdə qol vurmaq üçün şanslarımız oldu. Təəssüf ki, qol vura bilmədik. Şanssız qol buraxdıq. Komandaya da bunun təsiri oldu. Bizim buraxılan qoldan sonra elə bir qol imkanımız da olmadı. Nəticədə “Kəpəz” növbəti mərhələyə çıxdı. Bu məğlubiyyət çox üzücüdü".

Xəbər 863 dəfə oxundu.