“Neftçi” – “Baltsan” matçının hakim təyinatları açıqlanıb
Futbol üzrə UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” (Bakı) – “Baltsan” (Malta) oyununa hakim təyinatları açıqlanıb.

Görüşün baş hakimi ukraynalı Yaroslav Kozik olacaq. Ona həmyerliləri Yevgeni Xalamendik və Viktor Matyaş kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mikola Balakin yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi Oljas Abrayev (Qazaxıstan), hakim-inspektor isə Levan Paniaşvili (Gürcüstan) olacaq.

Qeyd edək ki, iyulun 7-də 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək “Neftçi”–“Baltsan” oyunu saat 20:00-da başlayacaq.

Xəbər 608 dəfə oxundu.