Daçiya Kəpəzlə matç öncəsi prezidentsiz qaldı
Moldovanın "Daçiya" klubu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı cavab oyunu öncəsi prezidentsiz qalıb. Bu barədə klub saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, klub prezidenti Adlan Şişxanov bundan sonra komandanın meneceri kimi fəaliyyət göstərəcək. O, bununla komandaya daha yaxın olmaq istədiyini və belə daha faydalı olacağını bəyan edib.

Qeyd edək ki, "Daçiya" - "Kəpəz" matçı iyulun 7-də "Speya" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Xəbər 779 dəfə oxundu.