Ramin Musayev növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
İyulun 5-də AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsinə növbəti seçkilər keçirilib.

Bu, 2008-ci ildə yaranan qurumda üçüncü belə seçkidir. Fəaliyyətə başladığı ildən PFL-ə başçılıq edən Ramin Musayev seçkidə yeganə namizəd olub. Nəticədə rəqibi olmayan R. Musayev PFL-in prezidenti vəzifəsinə növbəti dəfə seçilib. Seçkinin nəticəsinə görə, o, qarşıdakı 4 ildə quruma rəhbərlik edəcək.

Qeyd edək ki, 53 yaşlı R. Musayev PFL prezidenti seçilməzdən öncə “Neftçi” klubunun vitse-prezidenti vəzifəsində çalışıb.

Xəbər 766 dəfə oxundu.