Azərbaycandan FİDE-yə maliyyə dəstəyi
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov Londonda keçiriləcək iddiaçıların turniri ilə bağlı maraqlı açıqlama verib. İdman.com.az saytının məlumatına görə, FİDE rəhbəri oktyabrın 23-dən noyabrın 13-dək Böyük Britaniya paytaxtında baş tutacaq yarışı Azərbaycanın maddi dəstəyi hesabına həyata keçəcəyini bəyan edib.

Belə ki, İlyumjinov Rusiya mətbuatına müsahibəsində turnirin Azərbaycanın hesabına təşkil ediləcəyini təsdiqləyib: “Bəli, bu belədir. Londonda iddiaçıların turnirinin sponsoru kimi Azərbaycan çıxış edir”.
Qeyd edək ki, iddiaçıların siyahısında ən güclü şahmatçımız olan Teymur Rəcəbov da yer alıb. Onun yarışa təşkilatçıların nominantı kimi qatılacağı açıqlanıb.

Xəbər 1036 dəfə oxundu.