Millimizin sabiq oyunçusu Türkiyə klubunda | |
Azərbaycan yığmasının və "Sumqayıt"ın sabiq futbolçusu Uğur Pamuk özünə yeni klub tapıb. O, növbəti mövsümdən karyerasını Türkiyənin PTT 1-ci liqasında çıxış edən "Manisaspor"da davam etdirəcək. Uğur artıq yeni klubu ilə iki illik müqavilə də imzalayıb. Pamuk keçidi ilə bağlı fikirlərini də bölüşüb: "Manisaspor" kimi kluba keçdiyimə görə şadam. Bu komandaya maksimum faydalı olmaq istəyirəm". |
|
Xəbər 649 dəfə oxundu. |
|
|