Milan Vidmar Memorialında Azərbaycan təmsilçisinin növbəti rəqibi müəyyən olunub
Sloveniyanın Bled şəhərində görkəmli Yuqoslaviya şahmatçısı Milan Vidmara həsr olunan ənənəvi beynəlxalq turnir davam edir.

20-ci Vidmar Memorialında dairəvi sistemlə on qrossmeyster iştirak edir. Onların arasında Azərbaycan nümayəndəsi Arkadi Naydiç də var.

Memorialda yeddi turdan sonra 5,5 xal toplayan ukraynalı Andrey Volokitin liderlik edir. Arkadi Naydiç ondan bir xal, sloveniyalı şahmatçılar Aleksandr Belyavski, Luka Leniç və almaniyalı Liviu-Diter Nisipyanu bir xal yarım geri qalır.

Azərbaycan təmsilçisi yeddinci turda keçmiş Avropa çempionu, xorvatiyalı Zdenko Kozula qalib gəlib. Bu gün səkkizinci turda Arkadi Naydiç ağ fiqurlarla Aleksandr Belyavskiyə qarşı oynayacaq.

Xəbər 640 dəfə oxundu.