Unibank Premyer Liqası “Topaz”da
“Topaz” bu gün keçiriləcək oyunların əmsallarını açıqlayıb. İdman.com.az saytının məlumatına görə, mərc oyunları operatorunun proqramında İspaniya Primerosu çərçivəsində keçiriləcək “Saraqosa” – “Betis” dueli təkli matç kimi yer alıb.

“Topaz” müştəriləri, həmçinin bu oyunla yanaşı, 15 ekspress futbol oyununa da pul qoyuluşu edə bilər. Proqramda Azərbaycan Unibank Premyer Liqası, Türkiyə Spor Toto Super Liqası, İspaniya Primerosu, Portuqaliya Super Liqaları təqdim edilib.

Xatırladırıq ki, “Topaz”da mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. Azərbaycanda ilk qanuni idman mərc oyunu olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. “Topaz” iştirakçıları yalnız 2012-ci ildə 3 500 000 manatdan artıq uduşa sahib olublar.
“Topaz” 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.

Xəbər 1196 dəfə oxundu.