Voleybol üzrə Azərbaycan millisi Avropa Liqasında növbəti qələbəsini qazanıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqası yarışlarının final mərhələsində ilk oyununu keçirib.

Nitra şəhərində Azərbaycan millisi Slovakiya yığmasının qonağı olub. Görüş 3:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.

Komandalar arasında cavab oyunu iyulun 3-də Bakı İdman Sarayında təşkil olunacaq.

Avropa Liqasının mahiyyətini artırmaq üçün bu ildən birinci yerin sahibi gələn il keçiriləcək Dünya Qran-prisinə vəsiqə qazanacaq.

Hazırda millimizin heyətinə gənc oyunçular cəlb olunub. Əsas məqsəd Avropa Liqasının finalına yüksəlmək, gələn il IV İslam Həmrəylik Oyunlarında və paytaxtımızda keçiriləcək Avropa çempionatının final mərhələsində ölkəmizi layiqincə təmsil etməkdir.

Xəbər 754 dəfə oxundu.