Portuqaliya ilk yarımfinalçı oldu
Fransada keçirilən Avropa çempionatı davam edir. Bu gün AÇ-2016-da 1/4 final mərhələsinə start verilib.

İlk yarımfinalçının adına Polşa - Portuqaliya matçında aydınlıq gəlib. Matçın əsas vaxtında tərəflər hərəyə bir qol vurub. Qalib müəyyənləşmədiyi üçün oyun əlavə yarım saat davam etdirilib. Lakin əlavə vaxtda da qalibi müəyyənləşdirmək mümkün olmayıb. Penalti zərbələrində isə Portuqaliya daha dəqiq oynayıb. Nəticədə, Kristiano Ronaldo və komandası AÇ-nin ilk yarımfinalçısı olub.

Qeyd edək ki, bu cütün qalibi yarımfinalda Uels – Belçika oyununun qalibi ilə qarşılaşacaq.

AÇ-2016
1/4 final
30 iyun

Polşa - Portuqaliya - 1:1 (penaltilər - 3:5)
Qollar: R.Levandovski, 2 (1:0). R.Sançes, 33 (1:1).
Baş hakim: Feliks Brıx (Almaniya).
Marsel. "Velodrom" stadionu.

Xəbər 656 dəfə oxundu.