Qarabağ Albaniya çempionu ilə üz-üzə
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün hazırlıq prosesi çərçivəsində üçüncü yoxlama matçına çıxır. Qurban Qurbanovun çalışdırdığı komanda son Albaniya çempionu "Şkenderbeu" ilə qarşılaşacaq.

Xatırladaq ki, Ağdam təmsilçisi ilk yoxlama görüşündə Avstriyanın "Vakker" komandasına 0:1 hesabı ilə məğlub olub, ikinci hazırlıq matçında isə Rusiyanın "Zenit" klubuna eyni hesabla qalib gəlib.

Yoxlama oyunu
1 iyul

20:00. "Qarabağ" - "Şkenderbeu"

Xəbər 640 dəfə oxundu.