Vəli Qasımov: "Cavab oyununa da ciddi hazırlaşmaq lazımdır"
"Neftçi” PFK-nın baş məşqçisi Vəli Qasımov Avropa Liqasının birinci təsnifat mərhələsinin Maltanın "Baltsan” klubu ilə səfər oyunundan sonra fikirlərini klubumuzun rəsmi saytına bildirib:

"Topa nəzarət daha çox bizim komandamızın tərəfində idi. Düzdür, ikinci hissədə bir az əziyyət çəkdik, amma istədiyimizə nail olduq. Rəqibin zəif və güclü tərəflərini bilirdik. Daha çox qol vurmaq istəyirdik, amma 2:0 hesablı qələbə də yaxşı nəticədir. Bununla belə, cavab oyununa da ciddi hazırlaşmaq lazımdır. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”.

Xəbər 637 dəfə oxundu.