“Qəbələ” - “Samtredia” qarşılaşması keçirilir
İyunun 30-da “Qəbələ” futbol komandası avrokuboklarda 2016-2017-ci il mövsümünə start verib.

Qəbələlilər UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Samtredia” komandasına qarşı ilk oyununa çıxıb.

“8-ci kilometr” qəsəbə stadionunda keçirilən oyunda “Qəbələ”nin heyətində Dmitri Bezotosnı, Voyslav Stankoviç, Rəşad Sadıqov, Nika Kvekveskiri, Sergey Zenyov, Vitali Vernidub, Baqali Dabo, Filip Ozobiç, Rikardinyo, Teo Uiks və Urfan Abbasov meydana çıxıblar.

“Samtredia”nın ilk on birliyində isə Miqnieşvili, Qoqiaşvili, Sandoxadze, Mancqaladze, Rajamaşvili, Arabuli, Zivzivadze, Cikiya, Şerqelaşvili, Mçedlişvili və Datunayşvili yer alıblar.

Oyunu baş hakim Denis Şerbakovun rəhbərliyi ilə belaruslu hakimlər briqadası idarə edir.

Xəbər 836 dəfə oxundu.