Kəpəz sabah məşqlərə başlayacaq
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində keçirilən “Kəpəz” – “Daçiya” (0:0) oyunundan sonra iki günlük istirahətə buraxılan Gəncə klubunun üzvləri sabah məşqləri bərpa edəcək. Komanda cavab görüşünə hazırlığı Bakıda keçəcək.

“Sarı-göylər” gündə bir dəfə məşq edəcək. Sabahkı hazırlıq prosesi saat 11:00-da başlayacaq.

Xəbər 650 dəfə oxundu.