“Sumqayıt”ın müdafiəçisi: “İnter”lə oyuna ciddi hazırlaşırıq
Unibank Premyer Liqasının 21-ci turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq “Sumqayıt” klubu hazırlığını davam etdirir. İdman.com.az saytının məlumatına görə, komandanın müdafiəçisi Ruslan Tağızadə “bankçılar”la oyun öncəsi fikirlərini bildirib: “İnter”lə oyuna çox ciddi hazırlaşırıq. Komandada əhval-ruhiyyə yüksəkdi.

Dünənki məşqdə kiçik zədə alsam da, artıq özümü bu görüşə tam hazır hesab edirəm. Bu qarşılaşmada uğurlu nəticə əldə edib, azarkeşlərimizi sevindirmək istəyirik”.
Qeyd edək ki, Ruslan Tağızadə cari mövsümdə “Sumqayıt”ın heyətində ölkə çempionatında 20 turda meydana çıxıb.

Xəbər 1263 dəfə oxundu.