Cüdo üzrə rayon birinciliyi keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iyunun 25-də “Turan” idman klubunda “26 iyun-Narkomaniyaya Qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş Cüdo üzrə rayon birinciliyi keçirilib.

16 çəki dərəcəsində 160 nəfər idmançı iştirakı ilə keçirilən yarışın qalibləri Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.

Mükafatlandırma mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov iştirak edib.

Xəbər 706 dəfə oxundu.