Qarabağ günü bir məşqlə başa vurdu
"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Hazırlığın 13-cü günündə komandanın pıanında bir məşq nəzərdə tutulmuşdu.

Axşam saatlarında baş tutan məşqdə futbolçular daha çox bərpaedici hərəkətlərə üstünlük veriblər. Çalışma təxminən 90 dəqiqə davam edib.

Zədəli futbolçu Namiq Ələsgərov fizioterapevt nəzarəti altında çalışmasını davam etdirdiyi halda, digər bütün futbolçular komandayla məşq edib.

Xəbər 646 dəfə oxundu.