Merlenidən Stadnikə mesaj: Ən ciddi rəqibim Xitomidir
Bu günlərdə Kiyevdə keçirilmiş qadın güləşçilər arasında beynəlxalr turnirin finalında 48 kq-da 2 titullu idmançı – Mariya Stadnik və İrina Merleni uz-uzə gəliblər. Gərgin görüşdə milli komandamızın lideri qalib gəlib. Rəqib güləşçi «İdman» qəzetinə və idman.com.az saytına verdiyi özəl açıqlamada, final mübarizəsindən razı qaldığını deyib:

«Kiyevdə keçirilmiş beynəlxalq turnirdəki çıxışımdan məmunam. Elə final mübarizəsindən də. Düzü, hələ London olimpiadasına lisenziya almamışam. Amma bunu qazancağıma əminəm. 48 kq-da ən ciddi rəqibim Xitomidir. Çünki o mənim kumirimdir. Digər rəqiblərimlə də ehtiyatlı davranacam. Amma, mən yalnız özümə inanıram!»

Ukraynalı olimpiya çempionu yaxın gələcəkdəki hədəfini də açıqlayıb. O, bildirib ki, niyyəti güləş arenasında xariqə yaratmaqdır: «Qəhrəman olmaq istəyirəm. Arzum budur ki, güləş tarixində ilk 2-qat «ağ» qadın güləşçi olum. Mümkün olmayan bir şeyi hədəfləmişəm. Ancaq özünəinam olanda, istəlinən məqsədə yetişmək mümkündür».

KAMRAN

Xəbər 1056 dəfə oxundu.