“Qarabağ” komandası Rusiyanın “Zenit” klubuna qalib gəlib
Azərbaycan çempionu “Qarabağ” futbol klubu Avstriya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Ağdam klubu Rusiyanın “Zenit” komandası ilə qarşılaşıb. Görüş Azərbaycan çempionunun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. “Qarabağ”ın heyətində Rahid Əmirquliyev fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun komandası daha əvvəl yerli “Vakker İnburk” komandası ilə qarşılaşmış və 0:1 hesabı ilə uduzmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istin

Xəbər 893 dəfə oxundu.