Akrobatlarımızdan Pavlodarda uğur
Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər. Gimnastlarımız Qazaxıstanın Pavlodar şəhərində 25-27 iyun tarixlərində keçirilən “İrtışskiye Zorı” adlı beynəlxalq turnirdə akrobatika gimnastikası üzrə yarışlarda uğurla çıxış etdilər.

12-18 yaş qrupunda çıxış edən qarışıq cütlük Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı rəqibləri arasında ən yaxşı nəticəni göstərərək, fəxri kürsünün ilk pilləsinə yüksəldi.

Azərbaycanın digər qarışıq cütlüyü, 13-19 yaş kateqoriyasında yarışan Nurcan Cabbarlı və Ağasif Rəhimov isə 2-ci yerdə qərarlaşdılar.

Böyüklər arasında çıxış edən kişi cütlüyü Seymur Cəfərov və Murad Əkpərov da bu yarışlarda 2-ci yerlə kifayətləndilər.

Xəbər 688 dəfə oxundu.