Bakının “İnter” klubu Ruslan Abışovu transfer edib
Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun yeni klubu müəyyənləşib.

“İnter”, “Neftçi” və İran klubundan təklif alan 29 yaşlı futbolçu seçimini edib. R.Abışov karyerasını “İnter”də davam etdirəcək. O, bu gün sözügedən klubla 1+1 formatında müqaviləyə imza atıb. Qarşıdakı mövsümü paytaxt klubunda keçirəcək futbolçu gələn yay qarşılıqlı razılıq əsasında müqaviləsinin müddətini daha bir il də uzada bilər.

R.Abışov “İnter”də özünə doğma olan 15 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “İnter” yay fasiləsində Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev, Adrian Skarlatake, Məmməd Quliyev və Orxan Sadıqlını da transfer edib.

Xəbər 777 dəfə oxundu.