“Zirə” Portuqaliya yığmasının sabiq futbolçusu ilə anlaşıb
Premyer Liqada 2-ci mövsümünə hazırlaşan “Zirə” futbol klubu məşqlərlə yanaşı, transfer çalışmalarını da davam etdirir.

Komanda daha bir futbolçu ilə güclənib. Portuqaliyalı Migel Lorenzo ilə müqavilə imzalanıb. Futbolçu Setubalın “Vitoriya” klubundan birillik icarə əsasında “Zirə”nin sırasına qoşulub. Bununla yanaşı, “Zirə” növbəti mövsümün sonunda futbolçunu transfer etmək hüququnu özündə saxlayır.

“Vitoriya”nın yetirməsi olan 24 yaşlı müdafiəçi Portuqaliyanın bütün aşağı yaş qruplarından ibarət yığma komandalarında çıxış edib. Migel həmçinin, ölkəsinin U-21 yığmasının da formasını geyinib.

Xəbər 697 dəfə oxundu.