Neftçinin Maltada ilk məşqi
Avropa Liqasının birinci təsnifat mərhələsində "Baltsan” klubu qarşılaşmaq üçün ötən gün Maltaya yollanmış "Neftçi” bu ölkədə ilk məşqinə çıxıb. Hazırlıq prosesi Bakı vaxtı ilə saat 20:00-da başlanıb.

Qeyd edək ki, iyunun 30-da Paola şəhərindəki "Hibernian” stadionunda baş tutacaq "Baltsan” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xəbər 779 dəfə oxundu.