Qəbələnin mətbuat konfransı və açıq məşqinin vaxtı dəyişdirildi
İyunun 30-da UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Gürcüstanın “Samtredia” komandasını qəbul edəcək. 8-ci km stadionunda baş tutacaq “Qəbələ” - “Samtredia” matçı öncəsi keçiriləcək mətbuat konfransı və açıq məşqin vaxtı dəyişdirilib.

“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun sabah - iyunun 29-da baş tutacaq mətbuat konfransı saat 18:45-də başlayacaq. Tədbir arenanın media zalında keçiriləcək. “Qəbələ”nin oyunöncəsi son məşqi isə 19:30-da start götürəcək.

Xatırladaq ki, saat 20:30-da “Samtredia”nın çalışdırıcısı Giya Tsetzadze media nümayəndələrinin suallarını cavablandıracaq. Qonaqların məşqi isə 21:00-da başlayacaq.

Xəbər 690 dəfə oxundu.