Bu gün UEFA Çempionlar və Avropa liqalarında I təsnifat mərhələsinin oyunları start götürəcək
Bu gün UEFA Çempionlar və Avropa liqalarında I təsnifat mərhələsinin oyunları start götürəcək.

Çempionlar Liqasının ilk təsnifat mərhələsi çərçivəsində dörd görüş oynanılacaq. Estoniya, Uels, Andorra və Maltada baş tutacaq oyunlarda müvafiq olaraq, “Flora” (Estoniya) “Linkoln”u (Cəbəllütariq), TNS (Uels) “Tre Penne”ni (San-Marino), “Santa Koloma” (Andorra) “Alaskert”i (Ermənistan), “Valletta” (Malta) isə “Torshavn”ı (Farer adaları) qəbul edəcək.

Avropa Liqasının I təsnifat mərhələsinin dörd oyunu da bu günə təsadüf edir. Azərbaycan təmsilçisi “Kəpəz” Bakıda “Daçiya” ilə üz-üzə gələcəyi halda, “Partizan” (Albaniya) “Slovan” (Slovakiya), “Rabotniçki” (Makedoniya) “Buduçnost” (Monteneqro), “Sent Patriks” (İrlandiya) isə “Jeness” (Lüksemburq) ilə üz-üzə gələcək.

Xəbər 744 dəfə oxundu.