Zeynəbin xalsız yürüşü davam edir
Zeynəb Məmmədyarova Tiflisdə qadınlar arasında sürətli şahmat üzrə ŞPA Kubokunda məğlubiyyətlər seriyasını davam etdirir. İdman.com.az saytının məlumatına görə, təmsilçimiz bu gün keçirilmiş 3 turda əvvəlcə rusiyalı Nadejda Kozintsevaya, sonra sloveniyalı Anna Muzıçuka və sonda gürcüstanlı Nana Caqnidzeyə yenilib.

Zeynəb 5 turdan sonra xalsız yürüşünü davam edərək, sonuncu – 12-ci pillədə qərarlaşıb və irəlidəki ən yaxın rəqiblərindən belə 1,5 xal geri qalır. Turnir cədvəlinə 4,5 xalla Anna Muzıçuk başçılıq edir. Sabah yarışda növbəti 3 tur keçiriləcək.

Xəbər 919 dəfə oxundu.