AZTOP-dan daha bir uğur
Iyun ayının 26-da ADA Universitetinin açıq meydançasında "3x3 Streetball Championship in Baku 2016/2017 - Open" turunun birinci mərhələsi keçirilib. Milli Olimpiya Komitəsi və Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə keçirilən yarışda 32 komanda (onlardan 12-si uşaq-yeniyetmə komandası) iştirak edirdi.

Kişilər arasında final qarşılaşmada "Polukhinski Pereulok" komandası (Nadır Əhmədov, Suleyman Cəfərov, Tərxan Hüseynzadə, Eldar Qoçayev) AZTOP-a (Dmitriy Neçay, Vadim Doqşın, Emil Mirzoyev, Rustam Əliyev) 8:11 hesabıyla uduzdu.

Bu minvalla AZTOP bu mərhələnin qalibi oldu. Nadır Əhmədov ("Polukhinski Pereulok") turnirin ən dəyərli oyunçusu (MVP) seçilmişdir.

Yeniyetmə oğlanlarda isə "Fireball" komandası (Rza Məmmədli, Rariz Allahverdiyev, Elnur Namazov, Qəhrəman Cavadov) "21-st century" 10:7 hesabıyla qalib gələrək birinciliyi qazandı.

Xəbər 842 dəfə oxundu.