Dmitri Kramarenko: "Qapıçıların işindən razıyam"
"Neftçi” PFK-nın qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Neftçi TV-yə açıqlamasında bunları bildirib:

"Bizdə yoxlanışda iki qapıcı var idi. Santini – artıq müqavilə imzalayıb, ona qədərsə monteneqrolu qapıçı Miloş (Milan Miyatoviç) var idi, amma tibbi müayinə zamanı problemləri ortaya çıxdı, buna görə də onu geri göndərməyə məcbur olduq. Prinsipcə, qapıçıların işindən razıyam. Hal-hazırda toplanışda Santini, Maksim Vaylo və Kamran İbrahimov var. Uşaqlar səylə çalışırlar, məşq edirlər. Santini təcrübəli qapıçıdır, 29 yaşı var, uzun müddət Ukrayna çempionatında, eləcə də öz ölkəsi Xorvatiyada çıxış edib. Fikrimcə, proqrama əsasən biz onu birinci oyunadək tam hazır vəziyyətə çatdıracağıq”.

Xəbər 754 dəfə oxundu.