Stolüstü tennis üzrə “Olimpiya ümidləri” respublika turnirinə yekun vurulub
Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə 2006-cı il təvəllüdlü və daha aşağı yaşlı oğlanlar və qızlar arasında “Şüa” İdman–Sağlamlıq Kompleksində keçirilən “Olimpiya ümidləri” respublika turnirinə yekun vurulub.

150-dək idmançının iştirak etdiyi yarışın keçirilməsində məqsəd ASTF ilə müqavilə bağlamış məşqçilərin işinin, onların yetirmələrinin səviyyələrinin yoxlanılmasıdır.

Şəxsi xarakter daşıyan turnir dairəvi sistem üzrə və Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına uyğun olaraq keçirilib.

Yarışda qızların mübarizəsində Arzu Aslanova (Məşqçi Elnur Hidayətzadə) birinci, Banu Əliyeva (Tahir Əliyev) isə ikinci olub. Üçüncü yerdə iki tennisçi - Zarxala Adilova (Ruqiyə Qubuşova) və Nigar Mahmudova (Teymur Məmmədov) qərarlaşıb.

Oğlanların mübarizəsində isə Adil Əhmədzadə (Qulu Quliyev) birinci, Xaliq Becanov (Əli Məmmədov) isə ikinci yeri tutublar. Hüseyn Elyazov (Elnur Hidayətzadə) və Hacımurad Məmmədbəyov (Firəngiz Vahabova) üçüncü yerə sahib olublar.

Yarışın qaliblərinə Federasiyanın diplom və mükafatları təqdim olunub.

Xəbər 917 dəfə oxundu.