Azərbaycan millisi Rusiyada böyük hesablı qələbə qazanıb
Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Rostov OİK-nin U-19 komandası ilə qarşılaşan yığmamız 5:0 hesabı ilə qələbə qazanıb. Qolları Kamran Quliyev, Xəqani Sadıxov, Fərid Mahmudov, Timur Babayev və Ərşad Xankişyev vurublar.

Qeyd edək ki, “Rostov” klubunun yetirməsi olan Timur Babayev komandaya yeni qoşulub.

Xəbər 689 dəfə oxundu.