Kəpəz Avroliqaya yeni forma ilə gedir
"Kəpəz" Avropa Liqasında və növbəti mövsümdə yeni formalarla çıxış edəcək. Artıq bu gün Gəncə klubu Avroliqanın birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sı ilə ilk oyuna çıxacaq.

Şahin Diniyevin komandası yeni formalarından da ilk dəfə olaraq məhz bu görüşdə istifadə edəcək. Yeni formalarda da komandanın əsas rəngləri - sarı və göy - saxlanılıb.

Xəbər 909 dəfə oxundu.