Qarabağ günü iki məşqlə başa vurdu
"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Baş məşqçi Qurban Qurbanov İnsbruk "Vakker"i ilə ilk yoxlama matçından sonra futbolçulara istirahət vermişdi.

1 günlük fasilənin ardından komanda ötən günü 2 məşqlə keçirib. Futbolçular günün ilk çalışmasını fitnes zalında keçirib. Axşam hazırlığı isə meydançada baş tutub və 1 saat 45 dəqiqə davam edib.

Düşərgəyə yeni qoşulan Ansi Aqolli də məşqlərdə iştirak edib. Zədəli futbolçu Namiq Ələsgərov isə fizioterapevt nəzarəti altında çalışmasını davam etdirib. Ayağında ağrılar hiss edən Azər Salahlı isə məşqdə iştirak etməyib.

Xəbər 794 dəfə oxundu.