Qriqorçukla Tsetsadze mətbuat konfransı keçirəcək
İyunun 30-da UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Gürcüstanın “Samtredia” komandasını qəbul edəcək. 8-ci km stadionunda baş tutacaq “Qəbələ” - “Samtredia” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - iyunun 29-da 19:30-da arenanın media zalında start götürəcək.

İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. 20:30-da isə “Samtredia”nın çalışdırıcısı Giya Tsetzadze media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqi də “Bakcell Arena”da baş tutacaq. “Qəbələ” saat 20:00-da, “Samtredia” isə 21:00-da hazırlıqlarını tamamlayacaq.

Xəbər 621 dəfə oxundu.