Avropa çempionatında 1/8 final mərhələsinin son oyunları keçiriləcək
İyunun 27-də futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son oyunları keçiriləcək. Bakı vaxtı ilə saat 20:00 erkən final adlandırılan qarşılaşmada İtaliya ilə İspaniya milliləri mübarizə aparacaqlar. Qrup mərhələsindəki uğurlu çıxışı ilə İtaliya millisi çempionluğa iddiasını ortaya qoyub. Xorvatiyaya məğlubiyyətdən sonra İspaniya komandasının bugünkü çıxışı böyük maraqla gözlənilir.

1/8 final mərhələsinin son qarşılaşmasında İngiltərə və İslandiya yığmaları Bakı vaxtı ilə saat 23:00-da üz-üzə gələcəklər. Çempionata güclü heyətlə qatılan ingilislər qrup mərhələsində istənilən səviyyədə çıxış etmədilər. Ancaq buna baxmayaraq bu görüşdə aşkar favorit kimi göstərilirlər. Bununla belə məzmunlu və stabil oyun nümayiş etdirən İslandiya millisindən də sürpriz nəticə gözləmək olar.

Xəbər 876 dəfə oxundu.