“Qəbələ” klubu heyətini fransalı futbolçu ilə gücləndirir
“Qəbələ” klubu heyətini fransalı futbolçu ilə gücləndirir.

“Qəbələ” fransalı hücumçu Baqali Dabo ilə müqavilə imzalayacaq. İyirmi yeddi yaşlı futbolçu bu gün Azərbaycana gələcək və onun ikiillik müqaviləyə qol çəkməsi nəzərdə tutulur.

Qeyd edək ki, Dabo həm Fransa, həm də Seneqal vətəndaşıdır. O, futbolçu karyerası ərzində Fransanın “İstres” və “Kretey” klublarında forma geyib.

Xəbər 734 dəfə oxundu.